Türkiyə və Rusiya hərbçiləri Suriyada birgə patrul xidmətinə başlayacaq

Türkiyənin Müdafiə naziri Hulusi Akar Moskvada İdliblə bağlı əldə olunmuş razılaşma ilə bağlı açıqlama verib...
###reklam250###

APA-nın CNN TÜRK-ə istinadən verdiyi xəbərə görə, nazir bildirib ki, martın 15-dən etibarən Suriyada M4 avtomobil yolunda Türkiyə və Rusiya hərbçiləri birgə patrul xidmətinə başlayacaqlar.

H.Akar qeyd edib ki, qarşıdakı həftənin əvvəlində Rusiya hərbi heyəti Ankaraya səfər edəcək.

pia.az