İran-Türkiyə arasındakı iqtisadi münasibətlərə koronavirus zərbəsi...

Koronavirus böyüməyə çalışan qlobal iqtisadiyyata yeni bir zərbə vurarkən, Türkiyə iqtisadiyyatı indiki kövrək vəziyyətdə bu virusa tab gətirə bilməyəcək...

Mustafa Sönmez

“Al Monitor” qəzeti, Türkiyə, 4 mart 2020-ci il

Suriya ilə müharibə şəraiti, zorakı şəkildə faiz yükləmək və valyutaya nəzarət etmək səyləriylə yaşamağa çalışan Türkiyə iqtisadiyyatı bir də koronavirusunun təsiri ilə daha da zəifləyir.

Koronavirus (COVID-19) artıq kövrək olan və artım prosesini 2020-ci il üçün təxirə salan dünya iqtisadiyyatının bütün ümidlərinə zərbə vurub. Virusun mərkəzi Çin Xalq Respublikasıdır. Amma dərhal sonra şərqdə Türkiyənin qonşusu İrana və Avropa ölkəsi olan İtalyaya yayıldı. Qonşusu İrandan hər gün yeni hadisə və ölüm sayında artım olması ilə bağlı xəbərlər alan Türkiyə, sərhədlərini bağlayaraq bu ölümcül prosesə itki verməmək üçün səy göstərir. Türkiyədə koronavirus hadisəsinin hələ müşahidə edilmədiyi deyilir, amma qonşu İranda baş verənlər və yüksək yoluxma riski, can və mal itkisi vermək baxımından olduqca narahatlıq verir. Qonşu İranın onsuz da pisləşən iqtisadiyyatının koronavirusu ilə dərinləşməsi və daxili siyasətdə ciddi sarsıntılar yaratmaq ehtimalı var.

Koronavirusun qlobal sağlamlığa vurduğu zərərlə bağlı məlumatlar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus tərəfindən təmin 28 fevralda təşkil etdiyi mətbuat konfransı zamanı açıqlanıb. Direktor Çindəki xəstə sayının təxminən 80 min olduğunu bildirib. Bu, indiyə qədər təyin olunan 87 min xəstənin 92%-dir. Çində ölənlərin sayının 2 martdan etibarən 873 olduğu bildirilib. Çindən kənarda 55 ölkədə 7 minə yaxın hadisə və martın 2-dən etibarən 104 ölüm hadisəsi baş verdiyi təsbit olunub. ÜST, xüsusilə İtaliyanın şimalında müşahidə edilən 1500-dən çox hadisədən yayılan virusun bir çox Avropa ölkəsində xəstəliyə səbəb olduğunu qeyd edərək, İranda mindən çox hadisənin olduğunu və bölgədəki 11 ölkəyə yayıldığını açıqlayıb.

Türkiyəyə ən yaxın risk mərkəzi olan İranda 19 fevral günü koronavirus ilk dəfə 5 xəstədə müşahidə edilmiş, ancaq 28 fevralda İran Sağlamlıq Nazirliyindən verilən açıqlamada xəstə sayının minə yaxınlaşdığı və ölümlərin də 54-ə çatdığı bildirilmişdi. Yəni sayları günü-gündən artır. Martın 2-də verilən açıqlamada xəstələrin sayının 1500-ü keçdiyi, ölənlərin sayının isə 66-ya çatdığı bildirilib. Bu sayların sonrakı günlərdə artacağını da gözləmək olar.

Koronavirus riski İranın onsuz da pis vəziyyətdə olan iqtisadiyyatını daha da zəiflədəcək. Adambaşına düşən gəlir 5500 dollar (dünyada orta hesabla 11.500 dollar), əhalisinin sayı isə 84 niluoy olan İran son illərdə ABŞ embarqolarının təsiri ilə iqtisadiyyatda ciddi tənəzzülə uğrayıb. BVF-nin məlumatlarına görə, 2018-ci ildə təxminən 5% geriləmiş İran iqtisadiyyatı, 2019-cu ili 9.5% geriləmə ilə bitirib. Neft və təbii qaz gəlirləri də zəifləyən İran 2017-ci ildə cari artımı 15 milyard dollar olan bir ölkə ikən, 2019-cu ildə 12 milyard dollar, yəni milli gəlirin 3,4%-i qədər cari kəsri var idi. İşsizlik səviyyəsinin 17%-ə, illik istehlakçı inflyasiyasının isə 30%-ə çatdığı İranda büdcə kəsri milli gəlirin 5%-i keçib.

Koronavirusun mart ayının əvvəlinə qədər Türkiyədə hələ ortaya çıxmadığı qeyd edilir. Həkimlərin peşə təşkilatı olan Türk Təbibləri Dərnəyi Mərkəzi Şurasının sədri. Dr. Sinan Adıyaman mövzuyla əlaqədar olaraq deyib: “Bizim apardığımız araşdırmalar və aldığımız məlumatlar Türkiyədə bu ana qədər təsbit edilmiş bir hadisənin olmadığını göstərir. Lakin bu, olmayacaq demək deyil. Türkiyəyə yayılmaq ehtimalı olduqca yüksəkdir. Lazımlı tədbirlər alınsa, Türkiyə bu xəstəlikdən itki vermədən çıxa bilər”.

Türkiyədə koronavirus hadisəsinin hələ görülmədiyi bildirilsə də, bu virusun iqtisadiyyata mənfi təsirləri olduğunu və bunun artacağını söyləmək mümkündür. Ölümlərə gətirib çıxaran xəstəliyin olması belə qonşuluq əlaqəsi səbəbindən Türkiyənin vəziyyətinə mənfi təsir göstərir.

İlk tədbir kimi İran sərhədinin bağlanması ABŞ embarqosuna baxmayaraq, Türkiyənin İranla 6 milyard dollarlıq xarici ticarət həcminə mənfi təsir edəcək. Türkiyənin 2019-cu il xarici ticarət həcminin 374 milyard dollar olduğunu nəzərə aldıqda İranla xarici ticarətin 1,6% kimi kiçik bir payı olsa da, xarici əlaqələrini artırmaq istəyən ölkələr üçün bu xəstəlik, maneə törədan bir ünsürdür. Bu virus riski il ərzində İrandan Türkiyəyə gedən 2 milyona yaxın turist axınına da mənfi təsir göstərəcək.

Türk, İran Sənayeçiləri və İş Adamları Dərnəyinin sədri Perihan Fatih mövzu ilə əlaqədar belə bir açıqlama verib: “Təəssüf ki, bu vəziyyət ticarətə pis təsir edəcək. Hazırda gəlməli olan yüklərimiz var, ancaq qapılar bağlı olduğundan gələ bilmirlər. Ən azından dərman və yemək getməlidir. Türkiyə ilə İran arasındakı ticarət həcmi embarqoya görə onsuz da geriləmişdi. 2018-ci ildə 9,3 milyard dollar olan ticarət həcmi, 2019-cu ildə 5.6 milyard dollara qədər azaldı. Təəssüf ki, mövcud şərtlər uzun çəkərsə, bu rəqəmlər daha da aşağı düşəcək”.

Koronavirus riski, təbii ki, Türkiyəyə yalnız İrandan gəlmir. Təhlükə qlobaldır. Xəstəlik riski qədər, iqtisadi risklər də artır. BVF koronavirusunun 2020-ci ildə qlobal məhsuldarlıqda ciddi itkilərə səbəb olacağını bildirib. Hazırlanmış G20 Müşahidə Qeydi hesabatında qlobal bərpanın çox çətin olacağı qeyd edilib. Məruzədə illik 3,3% olacağı gözlənilən qlobal artım tempinin risk altında olduğu da əlavə olunub.

Amerika Bankı isə BVF-dən daha pessimistdir və indidən 2020-ci ildəki böyümə proqnozunu 2,8%-ə endirib. Bu nisbət 2009-cu ildən bəri görülən ən aşağı qlobal artım göstəricisidir. Çində 2017-ci ildə 6,8% olan illik artım tempi, sonrakı illərdə artmamış, 2019-cu ildə 6.1% təşkil etmişdi və BVF-nin proqnozuna görə, 2020-ci ildə bu artım 5.8% olacaqdı. Lakin koronavirusdan sonra daha da düşməsi gözlənilir.

Virus dünya turizminə də təsir edib və insanları evlərinə bağlayıb. Beynəlxalq təşkilatlar, yığıncaqlar, yarmarkalar ləğv edilib. Yayda keçiriləcək olimpiadanın və Avropa Futbol Kubokunun ləğv edilməsi də gündəmdədir. Ən çox da qlobal təchizat zənciri pozulur. Çin 1980-ci ildən sonra inkişaf edən qlobal tədarük zəncirində əsas yerə sahibdir. Çin 2019-cu ildə 87 trilyon dollarlıq dünya məhsulunun 16%-ni tək başına istehsal edib.

Koronavirus böyüməyə çalışan qlobal iqtisadiyyata yeni bir zərbə vurarkən, Türkiyə iqtisadiyyatı indiki kövrək vəziyyətdə bu virusa tab gətirə bilməyəcək. Suriya ilə müharibə iqlimi və məcburi faiz yükləmək valyutaya nəzarət etmək səyləri ilə yaşayan Türkiyə iqtisadiyyatı koronavirusa görə daha bir zərbə alıb.

Ortaya çıxan vəziyyəti ən yaxşı ifadə edən göstərici olaraq Türkiyənin risk durumu 2 martdan etibarən 382-ə qədər yüksəlib. Türkiyə CDS-i (Kredit Ödənişi Mübadiləsi) fevralın ortasında 250-ə qədər düşmüşdü. Eyni şəkildə, bu risklərin artması ilə dolların qiyməti də bir ayda təxminən 6% artımla 6.25 TL səviyyəsində dayanıb. Bu sərt çıxışda, əlbəttə, Türkiyənin daxili iqtisadi zəifliklər qədər, xarici siyasətdəki geriləməsinin də ciddi bir rolu var. Amma koronavirus riskinin bu ümumi risk durumuna əlavə olunduğu da aydın məsələdir. Koronavirusun təsiri ilə qlobal tənəzzül davam etdikcə xarici qaynaqlardan asılılığı çox olan Türkiyənin mövcud riskli vəziyyətdə iqtisadiyyatını böyütmə ehtimalı da xeyli çətinləşəcək.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVApia.az