Çempionlar Liqasının oyununda azarkeş olmayacaq

Çempionlar Liqasının 1/8 final mərhələsində İspaniyanın "Valensiya" klubu ilə İtaliya "Atalanta"sı arasındakı cavab oyunu azarkeşsiz keçiriləcək...  
###reklam250###

"Report" Berqamo klubunun rəsmi saytına istinadən xəbər verir ki, UEFA koronavirus epidemiyasının yayılmasının qarşısını almaq üçün bu qərarı qəbul edib.

Klubun açıqlamasında o da bildirilib ki, səfər oyununa bilet əldə etmiş azarkeşlər pullarını geri ala bilərlər.

İtaliyada keçirilən ilk matçda "Atalanta" "Valensiya"nı 4:1 hesabı ilə məğlub edib. Cavab görüşü martın 10-da "Mestalya" stadionunda baş tutacaq.

Qeyd edək ki, İspaniyada koronavirusa 248 yoluxma halı aşkarlanıb. Onlardan 3-ü dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 87 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 96 898-ə çatıb. Bunların 53 975 nəfəri sağalıb, 3 308 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

pia.az