Dadaşlinskinin qonağı Erkin Qədirlinin geyimi müzakirə obyekti olub

Dadaşlinskinin zarafatı deputatı hədəfə gətirdi...
###reklam250###

Bu gün İTV-də Dadaş Dadaşlinskinin qonağı olan deputat Erkin Qədirlinin geyimi sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevirilib.

PIA.az xəbər verir ki, REAL Partiyasının rəhbərliyində təmsil olunan Qədirlinin “Real Madrid”in əsas rəqibi olan “Barcelona” klubuna məxsus forma geyinməsi birmənalı qarşılanmayıb.

REAL Partiyasının üzvləri gənc deputatın məlum formada görünməsini Dadaşlinskini zarafatı kimi izah etsələr də, Erkin Qədirlini tez təslim olmaqda qınayanlar da tapılıb. Hətta Dadaş Dadaşlinskinin gənc deputatı ələ saldığını iddia edənlər də olub.

pia.az