Operativ qərargah üzvü Azərbaycanda COVID-2019-a yoluxanlardan danışdı

“Azərbaycanda hazırda koronavirusdan ölüm halı olmayıb”...
###reklam250###

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, TƏBİB-in Yoluxucu xəstəliklər İşçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

Onun sözlərinə görə, karantində virusa yoluxan üç nəfər var və onlar haqqında məlumat verilib.

V.Əliyev qeyd edib ki, yəni yoluxma halı olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək.

pia.az