Həsən Ruhaninin köməkçisi koronavirusa yoluxdu

İranın Birinci vitse-prezidenti İshaq Cahangiri koronavirusa yoluxub...
###reklam250###

Bu barədə “Haber Global” məlumat yayıb.

Qeyd edək ki, İran Prezidenti Həsən Ruhanı koronavirusun bütün ölkədə yayıldığını açıqlayıb.

“İran bu epidemiyaya minimum ölü sayı ilə qısa zamanda qalib gələcək”, - deyə dövlət başçısı bildirib.

O, həmçinin epidemiya ilə mübarizədə yardımçı olan bütün ölkələrə təşəkkürünü bildirib.

“Onlar (ABŞ) mərhəmət maskası taxaraq “İran xalqına yardım edək”, - deyirlər. Əgər səmimisinizsə, ən azı dərmanlara qarşı sanksiyaları qaldırın”, - deyə prezident əlavə edib.

Qeyd edək ki, İranda koronavirus səbəbi ilə ölənlərin sayı 92-yə, yoluxanların sayı isə 2922-yə yüksəlib.

pia.az