Əfqanıstanda hərbçilər öldürülüb

Əfqanıstanın şərqindəki Loqar əyalətindəki nəzarət-keçid məntəqəsinə edilən hücum nəticəsində 5 hərbçi öldürülüb...
###reklam250###

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Yerli KİV-in məlumatına görə, hücumu “Taliban” silahlıları həyata keçirib, lakin radikal qruplaşmadan hələlik vəziyyətlə bağlı açıqlama verməyiblər.

Qeyd edək ki, fevralın 29-da Qətərdə təşkil olunan mərasimdə ABŞ və “Taliban” 18 ildən çox davam edən müharibə dövründə ilk sülh sazişi imzalayıblar. Saziş özündə 14 ay ərzində xarici qoşunların Əfqanıstandan çıxarılmasını və məhbus mübadiləsi sövdələşməsindən sonra mart ayında əfqanlararası dialoqun başlanmasını ehtiva edir.

pia.az