Qobustanda siçan dərmanından zəhərlənən ailənin bir üzvü ölüb - Yenilənib

Qobustan rayonunda kütləvi zəhərlənmə baş verib...
###reklam250###

Qobustan rayonunda kütləvi zəhərlənən şəxslərin son durumu açıqlanıb.

TƏBİB-in Mətbuat Xidmətindən “Report”a bildirib ki, uşaq əməliyyatdan çıxıb.

“O, 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağırdır. Digər zərərlənən şəxslərin də vəziyyəti ağır-stabil olaraq qalır. Hələlik laboratoriyanın nəticəsi məlum deyil”, - deyə məlumatda bildirilib.

***

Qobustan rayonunda kütləvi zəhərlənən şəxslərdən biri ölüb.

TƏBİB-in Mətbuat Xidmətinin rəhbəri Rəvanə Əliyeva “Report”a bildirib ki, yaşlı qadın – nənə qanda olan dəyişiklikdən beyin qansızması keçirib və o, vəfat edib: “Uşaqlardan biri isə hazırda əməliyyatdadır”.

***

Qobustan şəhər sakinləri - Şıxəliyev Elnur Amil oğlu, Şıxəliyeva Gülçiçək Bərkdəmir qızı, Şıxəliyev Məhəmməd Elnur oğlu, Şıxəliyeva Könül Elnur qızı və Bakı şəhər sakini Şıxəliyeva Gülminə Gülbaba qızı siçan dərmanından zəhərlənib.

Onlar təcili olaraq Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.(trend)

pia.az