Türkiyə XİN başçısı həmsədrlərlə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Endryu Şefer (ABŞ) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Türkiyəyə səfər ediblər...
###reklam250###

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu həmsədrlərlə və A. Kaspşiklə görüşüb.

M. Çavuşoğlu bildirib ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində daha aktiv fəaliyyət göstərməlidir.

Nazir vurğulayıb ki, münaqişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi əsasında həll edilməlidir.

pia.az