Xətainin heykəlinin yeni yeri ilə bağlı təşəkkür ünvanlandı - Video

Xəbər verdiyimiz kimi, Şah İsmayıl Xətainin heykəlinin yeri dəyişdirilib...
###reklam250###

PİA.az xəbər verir ki, heykəlin yeni qoyulduğu yerdə artıq tamamlama işləri görülür. Bununla bağlı Saleh Nəsirov adlı sosial bloqer "İnstagram"da görüntülər paylaşıb.

Bloger hazırki yerin əvvəlki ilə müqayisədə daha yaxşı və müasir standartlara cavab verdiyini bildirib. O, heykəlin ətrafına qalxan yolun pilləkənlərinin "ziq-zaq" şəkilində düzəldilməsini və əliliyi olan insanların bu pandusla asanlıqla əraziyə daxil ola bilmə imkanlarının yaranmasını təqdirəlayiq hal kimi xüsusi vurğulayıb. Saleh Nəsirov sonda yaradılmış gözəl şəraitə və əliliyi olan insanların nəzərə alınmasına görə Bakı Şəhər İcra Hakimiyyətinə xüsusi təşəkkürünü bildirib.(yenisabah)

Blogerin paylaşdığı görüntüləri təqdim edirik:

pia.az