Tacikistanda parlament seçkiləri keçirilir

Bu gün Tacikistanda parlamentin aşağı palatasına seçkilər keçirilir...
###reklam250###

Səsvermə yerli vaxtla saat 6:00-da başlayıb.

Səsvermələr ölkənin bütün şəhər və rayonları üzrə 3 412 seçki məntəqəsində keçirilir. Parlamentin aşağı palatasına seçkilər hər beş ildən bir təşkil olunur. Bu, Tacikistanın müstəqillik dövründə (1991-ci ildən) altıncı seçkilərdir.

Ölkə vətəndaşları 63 deputatı seçəcəklər.

Seçkilərdə yeddi siyasi təşkilat - Tacikistanın Xalq Demokratiyası Partiyası, Aqrar Partiya, İqtisadi İslahatlar Partiyası, Demokrat Partiyası, Sosial Demokrat Partiyası və Kommunist Partiyası iştirak edir.

pia.az