Bakıda gənc qadın pnevmoniyadan öldü

Bakıda 26 yaşlı qadın pnevmoniyadan dünyasını dəyişib...
###reklam250###

TƏBİB-dən “Report”a verilən məlumata görə, qadın gecə saatlarında ağır vəziyyətdə təcili tibbi yardımla Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

“Xəstəxanaya çatdırıldıqdan 40 dəqiqə sonra dünyasını dəyişib. İlkin diaqnoza əsasən, ölümə səbəb ikitərəfli bronxit pnevmoniya, ağciyər-ürək çatışmazlığı və ağciyər ödemidir. Hazırda meyit ekspertizaya verilib və daha dəqiq diaqnoz ondan sonra məlum olacaq", - açıqlamada deyilir.

Qeyd edək ki, hadisə barədə ilk məlumatı unikal.org yayıb.

pia.az