Xalq artisti Ağaxan Salmanlı Suraxanıda dəfn olunacaq

Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti Ağaxan Salmanlı bu gün dəfn olunacaq...
###reklam250###

Bu barədə Gənc Tamaşaçılar Teatrının Mətbuat Xidmətinin rəhbəri Pərvin Nurəliyeva məlumat verib.

Onun sözlərinə görə, A.Salmanlı ilə vida mərasimi Yeni Suraxanıdakı evində keçiriləcək.

"Suraxanı qəbiristanlığında torpağa tapşırılacaq", - P.Nurəliyeva bildirib.

Qeyd edək ki, Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti Ağaxan Salmanlı bu gün səhər saatlarında 78 yaşında dünyasını dəyişib. (report)

pia.az