Şəmkirdə oğru girdiyi evdə 5 gün gecələyib - Foto
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, əvvəllər məhkum olunmuş, Samux rayon sakini, 40 yaşlı Elfaq Süleymanov rayonun Şiştəpə və Aşağı Seyfəli kəndlərindəki evlərə gizli yolla daxil olaraq oradan qızıl zinət əşyaları və müxtəlif məişət əşyaları oğurlayıb. Saxlanılan şəxs ifadəsində həmin kəndlərin sakinlərinin Rusiyada Federasiyasında olduqlarını bildiyini və ona görə oğurluq üçün həmin kəndləri seçdiyini bildirib. Oğurlanan əşyaların bir qismi maddi sübut kimi istintaqa təqdim edilib.
Onu da əlavə edək ki, Elfaq Süleymanov Şiştəpə kəndində oğurluq məqsədi ilə ilk girdiyi evdə ev sahibinin Rusiyada olmasından istifadə edərək 5 gün qalıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
pia.az