"Ata Bank" çökdü... - Bankın xəzinə yeri bağlıdır

"AtaBank”dan şikayət var: insanlar maaş və təqaüdlərini almaqda problem yaşayırlar...
###reklam250###

Şikayətçilərin sözlərinə görə, sentiyabrdan bəri pullarını terminallardan deyil, bankın filialına yaxınlaşaraq alırdılar. "Əvvəl başqa bankın terminalından faizlə də olsa pulumuzu götürürdük, indi ümumiyyətlə pul çəkmək mümkün deyil”,- deyə onlar bildirib.

Şikayətçilərin sözlərinə görə, bankın xəzinə yeri bağlıdır, fevralın əvvəlində alacaqları pulu hələ də ala bilməyiblər.

Məsələylə bağlı "AtaBank”dan Toplum.tv-yə bildirilib ki, hazırda bankda pul yoxdur və nə zaman olacağını da bilmirlər.

Xatırladaq ki, bir neçə gün öncə isə Bankın İdarə Heyətinin sədri Dəyanət Quliyev, İdarə Heyəti sədrinin I müavini Etibar Babaşlı, İdarə Heyəti Sədrinin iki müavini – Rauf Hüseynov və Kamran Orucəliyev bankın rəhbərliyindən azad olunub.

pia.az