Bakıda ağır qəzada ölənlərin sayı 3 oldu - Yenilənib, Foto

Bakıda ağır yol qəzası baş verib...
###reklam250###

Bakıda baş verən ağır yol qəzasında ölənlərdən ikisinin adı məlum olub.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, “BMW-X5”, “Daewoo” və “Fiat” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən “Daewoo” və “Fiat” yaxınlıqdakı bataqlığa düşüb. Nəticədə “Daewoo”da olan sərnişin, 1970-ci il təvəllüdlü Fatimə Arif qızı Quliyeva və “Fiat”da olan, 1995-ci il təvəllüdlü Hikmət Məhəmməd oğlu Lətifov ölüblər. Qəza nəticəsində ölən digər qadının şəxsiyyəti hələlik məlum deyil.

***

Xocəsən qəsəbəsində baş verən qəzada ölənlərin sayı 3-ə çatıb.

Bu barədə APA-ya TƏBİB-dən bildirilib. Qeyd olunub ki, hadisədə yaralanan kişi də dünyasını dəyişib.

***

Hadisə Xocəsən qəsəbəsi ərazisində qeydə alınıb. Üç avtomobil toqquşub, avtomobillərdən biri gölə düşüb.

TƏBİB-dən bildirilib ki, qəza nəticəsində iki qadın ölüb, bir kişi isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.(apa)

pia.az