İlqar Məmmədovun Xocalı haqda paylaşımı qalmaqal yaratdı

Respublikaçı Alternativ Partiyasının(REAL) sədri İlqar Məmmədovun Xocalı faciəsi ilə bağlı fikirləri cəmiyyətdə narazılıqla qarşılanıb...
###reklam250###

Sosial şəbəkələrdə İlqar Məmmədov faciəyə seçki kontekstində yanaşıb. "28 il əvvəl Xocalıda bu gün azğın Ermənistan ordusu 550 nəfər Azərbaycan seçicisinin və 63 uşağın səsini həmişəlik kəsdi", - deyə REAL sədri bildirib.

Sosial şəbəkə istifadəçiləri isə 20-ci əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı qətliamına bu cür sinik yanaşmanın yolverilməz olduğunu bildirirlər. İlqar Məmmədovun fikirlərinə etiraz edənlər onun haqqında insanlara bülleten kimi baxmaqdan tutmuş, ruhi-psixoloji vəziyyətinin yerində olmadığına qədər ən müxtəlif iddialar səsləndirirlər. Hələ ki, REAL sədri tənqidləri cavablandırmayıb. Görünən odur ki, cavablandırmaq niyyəti yoxdur.

İlqar Məmmədov həbsdən çıxandan bu yana bir neçə dəfə ehtiyatsız fikirləri ilə ictimaiyyətin tənqid hədəfinə çevrilib.(yeni sabah)

pia.az