İmişlidə iki avtomobil toqquşdu, xəsarət alanlar var

İmişli rayonunda yol qəzası baş verib...
###reklam250###

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunda qeydə alınıb.

Belə ki, "QAZel" markalı yük maşını ilə "QAZ-24" markalı minik avtomobili toqquşub. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

pia.az