İntizamsızlığa görə Avropada üçüncü olduq

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi müxtəlif ölkələrin futbol çempionatlarında verilən kartların ortalama nəticəsinə əsasən liqaların cədvəlini hazırlayıb...
###reklam250###

"Yeni Sabah" CİES-in rəsmi saytına istinadən xəbər verir ki, 92 ölkədə aparılan araşdırma 2019-cu ilin əvvəlindən cari ilin fevralın 17-dək olan dövrü əhatə edib.

Göstərilən vərəqələrin çoxluğuna görə, Azərbaycan Premyer Liqası 12-ci sırada qərarlaşıb. Nəzərdə tutulan zaman çərçivəsində ümumilikdə çempionatımızda ortalama 5,79 vərəqə qeydə alınıb. Vərəqələrdən 5,47-si sarı, 0,32-si isə qırmızıdır. Bu göstərici ilə Azərbaycan Avropada Ukrayna və İtaliyadan sonra üçüncü sıradadır.

Cədvələ 7.01 (6.53 sarı, 0.48 qırmızı) göstərici ilə Boliviya rəhbərlik edir. Uruqvay çempionatı 6.61-lə (6.07 sarı, 0.54 qırmızı) ikinci, Quatemala isə 6.44-lə (6.07 sarı, 0,37 qırmızı) üçüncü pillədədir.

pia.az