Şəhidimiz dəfn olundu - Yenilənib, Video, Foto

Erməni təxribatı nəticəsində şəhid olan Azərbaycan hərbçisi dəfn edilib...    
###reklam250###

Şəhid İbrahim Vəliyev Zərdab rayonunun Gəlmə kəndindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

***

Vida mərasimi Zərdab Rayon Su-Meliorasiya İdarəsinin binasının həyətində keçirilir...

Dünən Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozmaqla təxribat törətməsi nəticəsində şəhid olan Vəliyev İbrahim Ələmşah oğlunu ilə vida mərasimi başlayıb.

Vida mərasimində şəhidin ailə üzvləri, Dövlət Sərhəd Xidmətinin nümayəndələri, Zərdab Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab və Kəlbəcər rayon şöbələrinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Şəhidimiz Zərdab rayonunda dəfn ediləcək.

Qeyd edək ki, fevralın 24-ü saat 07:00 radələrində Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayo­nunun Quşçu Ayrım kəndi istiqa­mətin­dəki sərhəd döyüş məntə­qəsinə diversiya cəhdinin qarşısı alınıb, ciddi itkilər verməyə məcbur olmuş düşmənin bir zabiti ağır yaralanıb, digər hərbi qulluqçusu öldürülüb.

Onun nəşi dünən axşam saatlarında dəfn olunacağı Zərdab rayonuna gətirilib.

pia.az