İtaliyada 6 nəfər koronavirus qurbanı olub

İtaliyada yeni koronavirusdan ölənlərin sayı artmaqda davam edir...
###reklam250###

APA-nın ANSA agentliyinə istinadən verdiyi məlumata görə, Breşiyada xəstəxanada onkoloji xəstəlikdən müalicə olunan qadın vəfat edib. Bununla da, koronavirusdan ölənlərin sayı 6-ya çatıb.

İtaliyada koronovirus qurbanlarının hamısı səhhətində problem olan yaşlı insanlardır.

Ölkədə ümumilikdə koronavirusa 220 yoluxma halı qeydə alınıb, onlardan 6-sı dünyasını dəyişib. Çinin epidemiyanın yayıldığı Uhan şəhərindən təxliyə olunan bir İtaliya vətəndaşı isə artıq müalicə olunub.

pia.az