“Tender qəhrəmanları” ilə bağlı şok məlumatlar... 

Bir adamın adına 200, bir ünvanda 355 şirkət...
###reklam250###

Azərbaycan iqtisadiyyatının ən yaralı yerlərindən biri olan və büdcə vəsaitlərinin mənimsənilməsində xüsusi rol alan tenderlərin, satınalmaların bir çox hallarda saxta, qurama şirkətlər tərəfindən qazanılması heç kimə sirr deyil. Əksər hallarad belə şirkətlər “tender qəhrəmanlarının” özlərinin deyil, bu işdən heç bir anlayışı olmayan kənar şəxslərin adlarına qeydiyyatdan keçirilir.

Bu səbəbdən çox vaxt bir fiziki şəxsin adına onlarla, hətta yüzlərlə şirkət qeydə alınır. Həmçinin, bir ünvana çoxlu sayda şirkət qeydiyyata götürülür. Lakin nədənsə, həmin şirkətləri qeydə alan dövlət qurumları bunun açıq-aşkar saxtakarlıq olduğuna məhəl qoymurlar. Doğrudur, qanunla bir ada, yaxud bir ünvana hansı sayda şirkət açılması ilə bağlı yəqin ki, qadağa yoxdur. Lakin reallıqda bu hal dövlət orqanlarında şübhə yaratmaya bilməz. Ancaq görünür, belə şirkətlərin özlərinə görə “arxa-dayağı” var, bu səbəbdən onların şübhəli fəaliyyətinə göz yumulur…

PİA.az “AzPolitika.info”-ya istinadən xəbər verir ki, belə şirkətlər və fiziki şəxslərlə bağlı araşdırmaçı jurnalist Cavanşir Həsənli maraqlı məlumatlar paylaşıb. Bu məlumatlardan belə aydın olur ki, Azərbaycanda bir fiziki şəxsin adına 199 şirkət, bir ünvanda isə 355 şirkətin qeydə alınması kimi faktlar var. Jurnalist iddia edir ki, həmin şirkətlər əsasən dövlət qurumlarının keçirdikləri tenderləri saxta yollarla qazanmaq və büdcə vəsaitlərinin mənimsənilməsi üçün açılıb.

Həmin paylaşımları diqqətinizə çatdırırıq: “Büdcəni dağıdan saxta tender şirkətləri kimlərin adınadır? Bu şəxslərin bəzilərinin o şirkətlərdən heç xəbəri yoxdur.

AĞARƏHİM MƏMMƏDOV QƏRİBŞAH OĞLU199 şirkət

ALLAHYAR MİRZƏYEV ADAŞİL OĞLU186 şirkət

TEYMUR ƏLİYEV MÖMİN OĞLU181 şirkət

MEHMAN MİRZƏLİYEV CANMİRZƏ OĞLU143 şirkət

ƏLƏDDİN CABBARLI NURƏDDİN OĞLU139 şirkət

HİKMƏT TAĞIYEV ƏDALƏT OĞLU131 şirkət

ŞAMİL QANDAYEV RAMAZAN OĞLU128 şirkət

ELVİN ƏSGƏROV CƏMİL OĞLU125 şirkət

ƏBİLFƏZ MƏMMƏDOV İNŞALLA OĞLU123 şirkət

FƏRQAN CƏFƏRLİ ETİBAR OĞLU122 şirkət

MİSKİN HÜMBƏTOV İBRAHİM OĞLU109 şirkət

ƏLİABBAS İMANOV AĞABƏY OĞLU104 şirkət

Aşağıdakı ünvanlarda hüquqi qeydiyyatda olan şirkətlərin sayına diqqət yetirin. Böyük əksəriyyəti büdcə sökən tenderlərdə istifadə olunan saxta şirkətlərdir.

BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, QARA QARAYEV PR., ev 1, m. 46355 şirkət

BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, MİR CƏLAL 4 MKR, ev 60, m. 89213 şirkət

BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, AZƏR MANAFOV, ev 14, m. 54207 şirkət

MINGƏÇEVİR ŞƏHƏRİ, SABİR, ev 11\51, m. 1140 şirkət

BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ASİF MƏHƏRRƏMOV, ev 15, m. 10120 şirkət

BAKI ŞƏHƏRİ SURAXANI RAYONU, ƏMİRCAN ŞTQ, NEFTÇİ (ƏMİRCAN QƏS.), ev 3, DALAN 2114 şirkət

SUMQAYIT ŞƏHƏRİ, 6 MKR, ev 27, m. 39108 şirkət

BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, ŞƏRİFZADƏ, ev 80, m. 6100 şirkət

pia.az