Bakıda evdən çürümüş meyit tapılıb

Bakıda evdən meyit tapılıb...
###reklam250###

Hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Rayon sakini, 1937-ci il təvəllüdlü Matarenko İrina İvanovnanın çürümüş meyiti yaşadığı ünvanda aşkarlanıb.

Meyiti ətrafa yayılan kəskin qoxudan sonra İ. Matarenkonun qonşuları müəyyən edib.

Meyitin ilkin araşdırması zamanı qadının beş gün əvvəl öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.(apa)

pia.az