Paytaxtda ər və arvad qonaq getdikləri evdə dəm qazından boğulub

Bakıda kişi və qadın dəm qazından zəhərlənərək ölüb...
###reklam250###

PİA.az-ın xəbərinə görə, hadisə fevralın 20-də, paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü N.Cavadov və 1967-ci il təvəllüdlü A.Zeynalova qonaq getdikləri evin hamam otağında birlikdə çimərkən dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə cinayət işi başlanılıb. (Report)

pia.az