Bakının bəzi magistral yollarında sürət həddi endirildi

Yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi müvafiq olaraq endirilib...
###reklam250###

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

O, qeyd edib ki, məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir: “Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almalarını tövsiyə edirik”.

pia.az