MSK daha iki seçki məntəqəsində nəticələri etibarsız sayıb - Yenilənib

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 11 saylı Qaradağ Seçki Dairəsindən olan namizəd Məmmədov Samirin müraciətinə baxılıb...
###reklam250###

PİA.az-ın məlumatına görə, bu barədə MSK üzvü Qabil Orucov məlumat verib.

Q. Orucov bildirib ki, iddiaçı DSK-nın hərəkətsizliyini mübahisələndirib: “Araşdırma zamanı mübahisələndirilən 1 seçki məntəqəsi istisna olmaqla, digər seçki məntəqələrində seçicilərin iradəsini əks etdirməyən hallar aşkarlanmayıb. Namizəd tərəfindən təqdim edilən görüntülərin araşdırılması zamanı 30 saylı seçki məntəqəsində səslərin sayılması prosesində qanun pozuntuları aşkarlanıb. Təklif edirəm ki, həmin seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılsın”.

MSK şikayəti müzakirəyə çıxarıb və 30 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız sayılması ilə bağlı qərar qəbul edilib. Şikayət qismən təmin edilib. (APA)

***

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 107 saylı Qazax seçki dairəsindən namizəd Ramin Göyüşovun müraciətinə baxılıb...

PİA.az-ın xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində 12 məntəqə üzrə 20 videogörüntü, akt və digər sənədlərin surətlərini təqdim edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb. Araşdırma ilə əlaqədar məlum olub ki, bir məntəqədə səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

İclasda həmin dairənin bir seçki (2 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib. (Report)

pia.az