Neftçalanın icra başçısı rüşvət alarkən həbs edildi

Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev həbs olunub...
###reklam250###

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlıları Neftçala İcra hakimiyyətinin binasına daxil olub.

PİA.az xəbər verir ki, Neftçalanın İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev rüşvət alarkən DTX tərəfindən tutulub.

Qeyd edək ki, Neftçala İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev Azərbaycan Respublikasının ilk Baş Prokuroru İsmət Qayıbovun bacısı oğludur.

Bəzi məlumatlara görə eftçalanın İcra Hakimiyyətinin başçısının birinci müavini Vurğun Ələkbərovun da saxlanılıb.

pia.az