Neftçalada əməliyyat - Xüsusi təyinatlılar İcra Hakimiyyətində əməliyyat keçirir

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xüsusi təyinatlıları Neftçala Rayon İcra Hakimiyyətində əməliyyat keçirir...  
###reklam250###

"Qara maskalılar" icra hakimiyyətinin qarşısına 4 avtomobildə gəliblər.

Xüsusi təyinatlılar maşınlardan düşərək sürətlə binaya daxil olublar. Binanın qarşısında DTX əməkdaşları blok-post qurub, içəri heç kim buraxılmır.

Əməliyyatın təfərrüatları haqda hələlik məlumat yoxdur.

Qeyd edək ki, Neftçalanın icra hakimiyyətinin başçısı hazırda İsmayıl Vəliyevdir.

Qeyd edək ki, bu barədə məlumatı ilk olaraq "Haqqın.az" saytı yayıb.

pia.az