Terrorçuların yeraltı şəhəri: Hərbi qərargah, silah anbarları, istirahət otaqları... - Video

Hələb şəhərinin şimalında yerləşən Əncar yaşayış məntəqəsini terrorçulardan azad edən hökumət qüvvələri bütün infrastrukturla təmin edilmiş yeraltı bunker aşkar ediblər...
###reklam250###

REN TV məlumat verir ki, yeraltı sığınacaq bir neçə hektar ərazini əhatə edən böyük şəhəri xatırladır.

Bunkerdə hərbi qərargah, silah-sursat anbarları, istirahət otaqları, mətbəx, sanitar qovşaq, bir sözlə, yaşayış üçün lazım olan bütün infrastruktur mövcuddur.

Burada minlərlə terrorçunun məskunlaşdığı qeyd olunur.(oxu.az)

pia.az