Məzahir Pənahov: “MSK bütün şikayətləri ciddi şəkildə araşdırır”

"Bütün şikayətlərə ciddi şəkildə baxılacaq və müvafiq qərar qəbul ediləcək"...
###reklam250###

Bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, MSK bütün şikayətləri ciddi şəkildə araşdırır: “Hətta şikayətçi bizə ünvanladığı şikayətdən sonra da əlinə material keçərsə, bunu bizə təqdim etsin. Bizim hələ vaxtımız var. Bütün şikayətlərə ciddi şəkildə baxılacaq və müvafiq qərar qəbul ediləcək”.

pia.az