Bakıda çoxmərtəbəli binada yanğın olub - Video,Yenilənib

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb...
###reklam250###

FHN-dən verilən məlumata görə, fevralın 18-də Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 48A ünvanında 17 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa zamanda söndürülüb və geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğın nəticəsində ümumi sahəsi 130 kv.m. olan 3 otaqlı mənzilin 20 kv.m. sahəsi olan mətbəxi yanıb.

Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

***12:42

Bakıda çoxmərtəbəli binada yanğın baş verib.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 47 ünvanında qeydə alınıb.

Belə ki, çoxmərtəbəli binanın 4-cü mərtəbəsində yanğın olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşları gəliblər.

FHN-in Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva “Report”a bildirib ki, baş verən yanğın söndürülüb.

İlkin məlumata görə, yanğın nəticəsində mənzildə olan çarpayı yanıb, yanğın Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşları tərəfindən mühafizə olunub.

pia.az