Bu DSK sədrinin bütün qohumları komissiya üzvüdür – Siyahı

Aydınlar Partiyası sədrinin birinci müavini Qorxmaz İbrahimli 10 saylı Dairə Seçki Komissiyası (DSK) ilə bağlı maraqlı məlumat paylaşıb...
###reklam250###

PİA.az xəbər verir ki, Qorxmaz İbrahimlinin məlumatına görə, DSK sədri İsgəndər Əliyev yaxın qohumlarını komissiyalara yerləşdirib. Onun qohumlarının siyahısını təqdim edirik:

11 saylı Məntəqə Seçki Komissiyanda (MnSK) Qafarova Rəqsanə İsgəndər qızı (İsgəndər Əliyevin qızı) - Vətəndaş Birliyi Partiyası (VBP) adından katib;

12 saylı MnSK-da Qafarov Oqtay (İsgəndər Əliyevin kürəkəni) - Vətəndaş Birliyi Partiyası (VBP) adından katib;

17 saylı MnSK-da Qafarov Ramin Oqtay oğlu (İsgəndər Əliyevin nəvəsi) - Milli Dövlətçilik Hərəkatı (MDHP) adından üzv;

18 saylı MnSK-da Qafarzadə Gülnarə Oqtay qızı (İsgəndər Əliyevin nəvəsi) - Yeni Azərbaycan Partiyası (YAP) adından üzv;

24 saylı MnSK-da Qasımov Vasif Rasim oğlu (İsgəndər Əliyevin kürəkəni) - Azərbaycan Sosial Rifah Partiyası (ASRP) adından katib;

25 saylı MnSK-da Qasımova Ceyran İsgəndər qızı (İsgəndər Əliyevin qızı) - Azərbaycan Sosial Rifah Partiyası (ASRP) adından katib;

36 saylı MnSK-da ("N" saylı hərbi hissədə təşkil olunmuş müvəqqəti məntəqə) Orucov Səməd Əli oğlu (İsgəndər Əliyevin bacanağı) - Yeni Azərbaycan Partiyası (YAP) adından sədr. (Yenisabah.az)

pia.az