Mir Şahin jurnalistləri REAL-dan qovdu : "Rədd olun"

“Ya yazdıqlarınızı silin, ya REAL-dan rədd olun” deyib 3 məşhur jurnalisti işdən qovdu...
###reklam250###

İlqar Mikayıloğluna deyib ki, arvadına sahib çıxaydın qadının yeri mətbəxdi, seçki yox.

Bu gün REAL TV-dən 3 nəfər məşhur jurnalist -Real TV-nin əməkdaşları Afət Telmanqızı, Ləman Əliəşrəfqızı və İlqar Mikayıloğlu işdən çıxarılıb. Buna səbəb onların seçki saxtakarlıqlarını ictimailəşdirmələri olub.

Belə ki, Afət Telmanqızı və Ləman Ələşrəfqızı namizəd kimi seçkidə iştirak ediblər. İlqar Mikayıloğlunun isə həyat yoldaşı namizəd olub. REAL-dan verilən qeyri-rəsmi məlumata görə, tv-nin rəhbəri Mir Şahin Ağayev İlqar Mikayıloğluna “Arvadına sahib çıxaydın. Qadının yeri mətbəxdi. Sən də başda olmaqla hər 3-nüz ya yazdıqlarınızı silib üzr istəyin, ya da rədd olub gedin” deyib. Onlar da bunu qürurlarına sığışdırmayaraq işdən çıxmağı üstün tutublar. Bununla bağlı mediaya açıqlama verən Afət Telmanqızı bunları söyləyib:

-“Biz də işdən çıxmağı seçdik. Təhdidlə şərt qoymuşdular. Biz isə yazdıqlarımızı silməməyi üstün tutduq. Biz dövlətə qarşı hansısa pis iş tutmamışıq. Sadəcə seçkidə baş verən qanun pozuntuları ilə bağlı faktları ictimailəşdirmişik. Mən və Ləman xanım 9 fevral seçkilərinə namizəd kimi qatılmışdıq. İlqar Mikayıloğlunun isə xanımı namizəd idi. İndi necə ola bilər ki, orada baş verən qanun pozuntuları barədə danışmayaq? Bu həm də jurnalist kimi bizim borcumuzdur“. (Time TV)

pia.az