Bakıda piyada yol-nəqliyyat hadisəsində xəsarət aldı

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib...
###reklam250###

PİA.az-ın məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

1958-ci il təvəllüdlü Vladimir Papov yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona hər iki diz qapağının və çanağın sınığı diaqnozları qoyulub. V.Papov reanimasiyaya yerləşdirilib.(Report)

pia.az