Azərbaycana gətirilən energetik içkilər üçün vahid aksiz dərəcəsi müəyyən edilib

Azərbaycan Respublikasının ərazisinə gətirilən energetik içkilər üçün vahid aksiz dərəcəsi müəyyən edilib...
###reklam250###

Azərbaycan Respublikasının ərazisinə gətirilən tərkibində spirtin miqdarı 9 faizdən az olan tündləşdirilməmiş alkoqollu içkilər üçün aksiz dərəcəsi və idxal gömrük rüsumu müəyyənləşdirilib.

APA-nın məlumatına görə, bu Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərarında və “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə etdiyi dəyişikliklərdə əksini tapıb.

Beləliklə, tərkibində spirtin miqdarı 9 faizdən az olan tündləşdirilməmiş alkoqollu içkilərin hər litri üçün 1,9 manat aksiz dərəcəsi müəyyənləşib. Bu içkilərin hər litri üçün isə 2 ABŞ dolları idxal gömrük rüsumu tətbiq olunacaq.

Hər iki qərar dərc edildiyi gündən 30 gün sonra – martın 19-da qüvvəyə minir.

***

APA-nın məlumatına görə, bu Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərarında etdiyi dəyişiklikdə əksini tapıb.

İndiyə qədər şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş alkoqolsuz energetik içkilər və meyvə və tərəvəz şirəsi əsaslı alkoqolsuz energetik içkilərin hər litri üçün 3 manat, tutumu 2 litrdən az olan alkoqollu energetik içkilərin hər litri üçün 2 manat aksiz dərəcəsi tətbiq edilib.

Dəyişikliyə əsasən, ölkəyə idxal edilən energetik içkilərin hər litri üçün vahid aksiz dərəcəsi – 3.1 manat tətbiq olunacaq.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra – martın 19-da qüvvəyə minir.

pia.az