MSK-nın iclası keçirilir - Yenilənib

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb...
###reklam250###

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 86 saylı İsmayıllı seçki dairəsi, 66 saylı Biləsuvar, 10 saylı Binəqədi üçüncü seçki dairəsi, 9 saylı Binəqədi ikinci seçki dairəsi ilə bağlı şikayətlərə baxılıb.

“Report” xəbər verir ki, sonda həmin şikayətlərin müvafiq dairə seçki komissiyalarına göndərilməsi ilə bağlı qərar qəbul edilib.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 42 saylı Sumqayıt seçki dairəsində səsvermə nəticələri ilə bağlı şikayətə baxılıb.

Sonda həmin müraciətin Dairə Seçki Komissiyasına göndərilməsi ilə bağlı qərar qəbul edilib.

***

Komissiya üzvləri 2020-ci ilin fevralın 9-da keçirilən Milli Məclisə seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxır.

MSK tərəfindən gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul ediləcək.

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.

Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:

- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə

- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli

- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu

33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.

pia.az