AMB Milli Ödəniş Sisteminin vahid virtual infrastrukturunu qurur

Mərkəzi Bank tender keçirir...
###reklam250###

Azərbaycan Mərkəzi Bank (AMB) Milli Ödəniş Sistemi infrastrukturunun əsas komponentlərinin vahid virtual infrastrukturda qurulması məqsədi ilə mal və xidmətlərin satın alınmasına dair tender keçirir.

"APA-Economics"in Tender Komissiyasına istinadən verdiyi məlumata görə, tender proseduru 7 aprel 2020-ci il saat 15:00-da AMB-nin inzibati binasında keçiriləcək. Tenderdə iştirak ödənişlidir və iddiaçılar tenderdə iştirak haqqı kimi AMB-nin hesabına 500 manat məbləğində vəsait köçürməlidir.

pia.az