MSK sədri KİV -dən gileyləndi

"Pozuntuları yayan KİV MSK-nın bununla bağlı qərarlarını işıqlandırmır"...
###reklam250###

"Bizim fəaliyyətimizə şübhə ilə yanaşan BBC media quruluşunun müxbiri var idi. Çatdırın ki, mən onu axtarıram”.

PİA.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. MSK sədri bildirib ki, ötən gün BBC-nin müxbiri MSK-nın fəaliyyətinə şübhə ilə yanaşıb: “O, bizi qorxudurdu. Ancaq mən bu gün onu görmürəm. Pozuntuları ortaya qoyanlar MSK-nın pozuntularla bağlı qərarlarını işıqlandırmır”. (APA)

pia.az