Ərdoğan Pakistana səfər edib

Hökumətlərarası iclas olacaq...
###reklam250###

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistana səfər edib.

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, Ərdoğan Türkiyə-Pakistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının paytaxt İslamabadda keçiriləcək 6-cı iclasında iştirak edəcək.

Türkiyə Prezidentini Xarici İşlər naziri Mövlud Çavuşoğlu və digər rəsmilər müşayiət edir. (APA)

pia.az