Ərdoğan və Putin İdlibi müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub...
###reklam250###

APA-nın yerli bürosunun “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, Türkiyə tərəfinin təşəbbüsü əsasında baş tutan telefon danışığı zamanı hər iki ölkənin lideri Suriya münaqişəsini, o cümlədən İdlibdə baş verənləri müzakirə ediblər.

Tərəflər Suriya üzrə əldə olunan razılaşmalara əməl olunmasının vacibliyinə toxunublar. Habelə məsələ ilə bağlı aidiyyəti qurumların əməkdaşlığının davam etdirilməsinə qərar verilib.

pia.az