Əli Əsədov “Elektrik qurğularının quraşdırılması Qaydası”nı təsdiq etdi

Nazirlər Kabineti “Elektrik qurğularının quraşdırılması Qaydası”nı təsdiq edib...
###reklam250###

Bununla bağlı Qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərar “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanının 2.3.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə imzalanıb.

Qərara əsasən, “Elektrik qurğularının quraşdırılması Qaydası” təsdiq edilib.

Qərar dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minir.

pia.az