“Sevgim sosial şəbəkələrlə ölçülmür”

Türkiyəli müğənni Sıla aşpaz həyat yoldaşı Hazer Amani ilə teatrdan çıxarkən müxbirlərlə qarşılaşıb...
###reklam250###

O, “Rəfiqəniz Demet Akalını İnstaqramda izləmədən niyə çıxarmısınız” sualına belə cavab verib:

“Texnologiyanın qəzəbi ilə üzləşdim. Bir çox insan izləmədən çıxarılıb. Düzəlməsi üçün çalışıram. Mənim sevgim sosial şəbəkələr ilə ölçülmür”.

Xatırladaq ki, D.Akalın “İkinci sayfa” verilişində məsələyə belə aydınlıq gətirmişdi:

"Sıla mənim üçün dəyərlidir. Niyə belə etdiyini bilmirəm, amma mən ona hirslənmirəm və incimirəm. Evləndikdən sonra, ismarış yazdım, danışdıq. Həyat yoldaşı ilə bağlı olduğunu düşünürəm. Başqa bir aşpazın görüntüsünü paylaşmışdım, bəlkə də ona acıqlanıb. Niyə İnstaqramda izləmədən çıxardığını özündən soruşmaram. Buna görə ona qarşı olan sevgim də azalmaz”.

pia.az