“Coker”də baş qəhrəman roluna görə “Oskar” qazandı

Amerikalı 45 yaşlı aktyor Xoakin Feniks “Oskar” mükafatına layiq görülüb...
###reklam250###

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, o, “Coker” filmində eyniadlı baş qəhrəmanı canlandırığına görə, “ən yaxşı aktyor” nominasiyasının qalibi olub.

Bu, X.Feniksin kolleksiyasındakı ilk qızıl heykəlcikdir. Amma o, daha əvvəl “Coker”dəki işinə görə “Qızıl qlobus” və BAFTA mükafatlarına layiq görülüb.

Qeyd edək ki, “Oskar” mükafatının 92-ci təqdimetmə mərasimi fevralın 9-da keçirilib.

pia.az