GUAM: “Azərbaycanda seçkilər beynəlxalq standartlara uyğun keçirildi”

Azərbaycanda növbədənkənar parlament seçkiləri beynəlxalq standartlara və ölkə qanunvericiliyinə uyğun, azad və ədalətli keçirilib...
###reklam250###

Bunu Milli Məclisə keçirilən seçkilərlə əlaqədar GUAM Parlament Assambleyasının müşahidə missiyası müşahidələrinin nəticələrini bu gün açıqlayarkən bildiriblər.

Missiya üzvləri seçkilərin demokratik və şəffaf həyata keçirildiyini qeyd ediblər.

Missiyanın üzvü, ukraynalı deputat Maryan Zablotski müşahidə nəticələri barədə danışarkən bildirib ki, müşahidə missiyası seçkini müsbət qiymətləndirib:

“Nümayəndələrimiz tərəfindən heç bir neqativ hal qeydə alınmayıb. Seçicilər namizədlərinə dəstək olaraq, məntəqələrdə demokratik şəkildə seçimlərini ediblər”.

O, missiya üzvlərinin müşahidə aparılan məntəqələrdə heç bir pozuntu hallarına rast gəlmədiklərini bildirib.

pia.az