Talıbovdan fantastik, Rüstəmxanlıdan minimal nəticə

Mərkəzi Seçki Komissiyası fevralın 9-da keçirilən növbədənbkənar parlament seçkilərinin nəticələrini açıqlayıb...
###reklam250###

PİA.az Yenisabah.az-a istinadən bu seçkilərdə qaliblər arasında ən çox və ən az səs toplayan namizədləri təqdim edir.

Ən çox səslə qalib elan edilən namizəd Naxçıvan Muxtar Respublikasının Ali Məclis sədri Vasif Talıbovdur. MSK-nın nəticələrinə görə, namizədliyini 1 saylı Şərur-Sədərək seçki dairəsindən irəli sürən Vasif Talıbov 94.6 faiz səs toplayıb.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı qaliblər arasında ən az səs toplayan namizəddir. MSK-nın nəticələrinə görə, VHP sədri 21.4 faiz səslə 61 saylı Neftçala seçki dairəsinin qalibi olub.

pia.az