Çin şirkətləri koronavirusa görə bundan imtina etdi

Koronavirusa görə bütün Çin şirkətləri fevralın 11-dən 16-na qədər keçiriləcək Sinqapur Beynəlxalq Aviasalonunda iştirakdan imtina ediblər

PİA.az Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Experia Events" şirkətinin direktoru Lek Çet Lam deyib.

Aviasalona qatılmaqdan Kanada, ABŞ və Rusiyanın bəzi şirkətləri də imtina edib.

Qeyd edək ki, Çində koronavirusa görə 811 nəfər həlak olub. Koronavirusa yoluxanların sayı 37 min nəfərə çatıb.

pia.az