Beynəlxalq müşahidəçilər: “Azərbaycanda seçkilər azad şəkildə keçirilir”

"Bu saata qədər seçkilərdə heç bir problem aşkarlamamışıq"
###reklam250###

Bunu APA-nın şimal bürosuna açıqlamasında Qubada seçkiləri izləyən beynəlxalq müşahidəçi Julius Lajtha bildirib.

"Bu, bizim müşahidə etdiyimiz ikinci səsvermə məntəqəsidir. Biz adətən bülleten sayını, qutuların boş olub-olmadığını, səsvermə məntəqəsində reklam plakatlarının qalıb-qalmadığını yoxlayırıq. Bu vaxta qədər heç bir problem aşkarlamamışıq. Qaydalara riayət olunur".

Digər beynəlxalq müşahidəçi Banks Peter Douglas isə qeyd edib ki, seçkilər azad şəkildə keçirilir: "Burada, Azərbaycanda olmaq bizim üçün xoş idi. Hər şey bizim görmək istədiyimiz kimidir. Seçkilər azad şəkildə keçirilir və biz səsvermə məntəqələrində hər hansı ədalətsizliyi görə bilmədik".

pia.az