MnTK sədri: "İqbal Ağazadə hər məntəqəyə 20-30 müşahidəçi göndərib, qarışıqlıq salır”

Bütün ölkənin diqqət mərkəzində olan 35 saylı Xətai üçüncü seçki dairəsində parlament seçkiləri davam edir...
###reklam250###

Seçki gününün qalan saatlarında ən böyük problem deputatləğa namizəd İqbal Ağazadənin müşahidəçilərinin, səlahiyyətli nümayəndə və məşvərətçi səs hüquqlu üzvlərinin, həmçinin onu dəstəkləyən müstəqil müşahidəçilərin sayının həddən artıq çox olmasıdır. İqbal Ağazadənin özü ilə yanaşı, Rauf Arifoğlunan dublikat kimi gətirdiyi namizədlərin də müşahidəçiləri seçkiyə mane olurlar. Onlar gah seçki qutusunun qarşısında durub seçiciləri jest və mimikaları ilə yönləndirməyə çalışır, gah da kabinələrin önündə, seçici siyahılarının qarşısında, Məntəqə seçki komissiyası üzvlərinin başının üstündə dayanaraq seçicilərə və komissiya üzvlərinə çətinlik törədirlər. Hətta qapının ağzında şəxsiyyət vəsiqələrini yoxlayanlar, seçicilərin barmağında mürəkkəb olub-olmamasına nəzarət edənlər də var.

Məntəqə sədrləri də İqbal Ağazadənin müşahidəçilərinin sayının həddindən artıq çox olmasından və onların bəzi seçki məntəqələrində prosesi pozmalarından narazılıq ediblər. Etirazların ardından bir qədər sakitlik yaşanıb. Bəzi məntəqədə namizədin 20-30 nəfərə yaxın müşahidəçisi və səlahiyyətli nümayəndəsi təmsil olunub. (Musavat.com)

pia.az