Tailandda əsgər mülki vətəndaşlara atəş açıb, 17 nəfər ölüb

Tailandda əsgər mülki vətəndaşlara atəş açıb, 17 nəfər ölüb
###reklam250###

PİA.az APA-ya istinadən bildirir ki, hadisə Tailandın Nakhon Ratchasima şəhərində (həmçinin Korat kimi tanınır) baş verib.

Tailand Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, Jakrafant Thomma hərbi düşərgədən silah oğurlamazdan əvvəl komandirinə hücum edib. "Bankok Post"un məlumatına görə, o, hərbi hissəni tərk etməzdən öncə komandirinə və iki əsgərə atəş açıb.

Daha sonra şəhərdəki "Terminal 21" ticarət mərkəzinə doğru maşınla hərəkət edən silahlı şəxs yol boyu insanlara və Buddist məbədinə atəş açıb. O, bütün bu hadisələri "Facebook" hesabında canlı yayımlayıb.

pia.az