“İnstagram”da daha bir yenilik

"İnstagram" sosial platforması daha bir yeniliyi istifadəçilərinin xidmətinə verib...
###reklam250###

"Yeni Sabah" RİA "Novosti”yə istinadən xəbər verir ki, tətbiqin "abunələr” bölməsinə xüsusi kateqoriyalar əlavə edilib. Bu barədə platformanın baş direktoru Adam Mosseri tvitter hesabında yazıb.

Dəyişikliyə əsasən paylaşım lentində ən çox göstərilən profillər və istifadəçinin ən az əlaqədə olduğu hesablar iki kateqoriyaya bölünəcək. Bu da reklamlara baxış sayını artırmağa səbəb olacaq.

pia.az